Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – mühərriklə hərəkətə gətirilən,sərnişin, yük və xüsusi avadanlıq daşıyan nəqliyyat vasitəsidir.[1] Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür. Yarış avtomobil xüsusi konstruksiyalı, yüksək sürətli maşınlardır.
İlk avtomobil cizgiləri Leonardo da Vinçiyə aid edilir. 1447-ci ildə o, əzələ gücü ilə hərəkətə gətirilə bilən zirehli arabanın layihəsini işləyir. 1600-cü ildə hollandiyalı riyaziyyatçı Simon Stevin külək enerjisi ilə işləyən 30 nəfərin daşınmasına imkan verən araba düzəldir. XVIII əsrdən başlayaraq "özügedən" (atsız, öküzsüz və başqa qoşqusuz) araba yaratmaq üçün təşəbbüslər göstərilirdi. 1769-cu ildə fransız ixtiraçısı Nikolas Yozef Kuqnot ilk dəfə olaraq buxarla işləyən hərbi avadanlıqları dartmaq üçün üç təkərli araba düzəldir. Gücü 2 a.q. olan buxar mühərriki ilə işləyən araba 3 t yükü 4 km/saat sürətlə daşıya bilirdi. Onun bu maşını nəinki avtomobilin, hətta paravozun əcdadı hesab olunur. Bir neçə ildən sonra İngiltərədə və Almaniyada da buxar arabaları meydana gəldi. Buxar mühərriki ilə işləyən avtomobillər ağır və istifadə üçün rahat olmadığından geniş tətbiq edilmədi. XIX əsrin əvvəlində yığcam və güclü daxili yanma mühərriklərinin yaranması ilə avtomobilqayırmanın inkişafı üçün geniş imkanlar açılır. 1860 ildə fransalı mexanik Eten Lenuar qaz mühərriki yaratsa da, onu avtomobilin üzərinə qoymaq cəhdi baş tutmadı.
Maşınlar indi də keçmişdə də insanların köməyinə çatıb.Gün keçdikcə dünya inkişaf edir və yeni qurğular elektrikli cihazlarda insanın köməyinə çatır.Həmçinin maşınlarda elektrikli olmaya başlayır.Elektrikli maşınlar digər benzinlə və dizelnə işləyən maşınlara nisbətən sərfəlidir.İndiki dövrə baxsaq elektrıkli maşınlar digər maşınlardan bahadır.
- Elektrikli
- Benzinli
- Dizelli
Hər ölkənin özünə məxsus maşınları olur.Məsələn:Almaniyanın-Mercedes-Benz,BMW,Auidi; Amerkanın-Dodge;Türkiyənin-Togg;Azərbaycanın-Xəzər;Yaponiyanın-Toyota,Hundai və.s .Avtomobillərin müxtəlif növləri var.Bunlar
- Sedan
- Yük avtomobili
- Motosklet
.jpeg)



.jpeg)